Azərbaycan klubu braziliyalı ilə yollarını ayıracaq

Azərbaycan klubu braziliyalı ilə yollarını ayıracaq

13:22 - 9 Aprel 2026
💬 0

“Araz-Naxçıvan” mövsümün sonunda bəzi legionerlərlə yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin işbirliyinə son verəcəyi oyunçulardan biri Vanderson Melodur.

31 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il iyul ayından Premyer Liqa klubunda oynayır. Vanderson “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets”, “Panejevis” kimi klublarda çıxış edib.

Əlavə edək ki, "Araz-Naxçıvan"ın mövsümün sonunda Bar Kohenin də müqavilə müddətini artırmayacağı iddia olunur.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur