
"Mançester Yunayted" tarixində yeni rekord - Bekhemi ötdü
0
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqanın 30-cu turunda "Aston Villa" ilə oyunda (3:1) 2 məhsuldar ötürmə edib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu bununla cari mövsümdə Premyer Liqada 15-ci və 16-cı assistlərini edərək, klubun çempionatda bir mövsümdə ən çox məhsuldar ötürmə rekordunu qırıb. Bu rekord əvvəllər Devid Bekhemə məxsus idi və o, bunu 1999/2000 mövsümündə müəyyənləşdirmişdi.
Hazırda Bruno bu mövsüm Premyer Liqanın ən yaxşı assist edən futbolçusudur. Onun ən yaxın izləyicisi Rayan Çerkinin hesabında isə 8 məhsuldar ötürmə var.



