"Mançester Yunayted" kamerunlu hücumçu üçün 40  milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" kamerunlu hücumçu üçün 40 milyon avro ödəməyə hazırdır

 
0

"Levante"nin hücumçusu Karl Etta Eyonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "Sport Witness" məlumat yayıb.

Eyonqun müqaviləsində İspaniya klublaarı üçün 30, İngiltərə klubları üçün isə 40 milyon avro olan sərbəstqalma maddəsi yer alıb. "Mançester Yunayted" 22 yaşlı forvard üçün bu məbləği ödəməyə haazırdır.

Qeyd edək ki, "Levante" Karl Etta Eyonqu mövsümün əvvəlində "Vilyarreal"dan 3 milyon avroya transfer edib. Kamerun millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...