
"Mançester Yunayted" Avropa Liqasını qazansa...
"Mançester Yunayted" Avropa Liqasını qazansa, "Sautqepmton"un futbolçusu Tayler Diblinqi transfer edə bilər.
Sportal.az xəbər verir ki, ESPN-in məlumatına görə, turnirin yarımfinalına yüksələn və burada "Atletik"lə qarşılaşacaq "qırmızı şeytanlar"dan "Sautqempton" tərəfindən Diblinq üçün təxminən 100 milyon funt-sterlinq tələb edilib. Gənc vingerə "Çelsi", "Mançester Siti", "Tottenhem", "Bavariya" və "Leypsiq" də maraq göstərir.
Cari mövsümdə Diblinq bütün turnirlərdə "Sautqempton" forması ilə 33 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd olunur ki, "Mançester Yunayted"in oyunçuya marağı klubun maliyyə imkanlarından asılıdır. Bu imkanlar isə Avropa Liqasının qazanılması və Çempionlar Liqasına vəsiqə qazanılması ilə əhəmiyyətli dərəcədə arta bilər.



