
"Lənkəran"ın apellyasiya şikayəti təmin olunmadı
Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” Futbol Klubunun (Region Liqası) "Salyan OİK" – "Lənkəran" oyunu ilə bağlı verilən qərardan şikayətinə baxıb.
Sportal.az xəbər verir ki, qurum bölgə təmsilçisinin şikayətini təmin etməyib. Qərarda qeyd olunub:
1. “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 16 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Lənkəran FK oyunu bitdikdən sonra Lənkəran FK komandasının heyətində 10 nömrəli futbolçu Şahin Ağayevin hakimlər briqadasını təhqir etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 noyabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.



