Klubsuz qalan futbolçu Yunanıstanla görüş üçün Azərbaycan millisinə dəvət edildi    -

Klubsuz qalan futbolçu Yunanıstanla görüş üçün Azərbaycan millisinə dəvət edildi -

 
0

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində növbəti oyununu martın 11-də, saat 21:00-da Afinada Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Sportal.az xəbər verir ki, bugündən etibarən futzalçılarımız martın 8-dək Bakıda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.

Millimizin heyəti:

Emin Kürdov("Araz-Naxçıvan"), Rövşən Hüseynli("Astana",Qazaxıstan), Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev(hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov(hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə,Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire"), Seymur Məmmədov(klubsuz)

PaylaşPaylaş

Şərhlər yüklənir...