
Keyn "Real"la matçda oynamaya bilər
0
"Bavariya" qarşıdakı oyunlara ciddi itki ilə çıxa bilər.
Sportal.az xəbər verir ki, Harri Keyn İngiltərə milli komandasının düşərgəsində zədələnib. Bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel məlumat verib.
Keynin durumuna klubun düşərgəsinə qayıtdıqdan sonra aydınlıq gələcək. 32 yaşlı forvard Bundesliqada "Frayburq", Çempionlar Liqasında isə "Real"la oyunu buraxa bilər.
Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"nın heyətində 40 rəsmi matçda 48 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



