
"Vinisiusdan "10 nömrə"ni almaq lazımdır" - sabiq braziliyalı futbolçu
0
Sabiq futbolçu Fabio Lusiano “Real"ın vingeri Vinisius Juniorun Braziliya millisində 10 nömrə geyinməsinin uyğun olmadığını bildirib.
Sportal.az xəbər verir ki, Lusiano "ESPN Brasil" efirində bunları qeyd edib:
“Vinisiusun milli komandada 10 nömrə ilə oynamasını təsəvvür etmək çətindir. Biz bu nömrəni onun əlindən almalıyıq, məncə, o, 7 və ya 11 nömrə ilə çıxış etməlidir.
O, dünya çempionatında "10 nömrə" olmağa çalışmamalıdır, çünki o, belə oyunçu deyil. Bizim anlayışımıza görə, 10 nömrə intellektual futbolçu, dahidir. Vini isə dahi deyil."



