
"Kəpəz"in yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
0
"Kəpəz"ə yeni baş məşqçi təyin olunub.
Sportal.az xəbər verir ki, "sarı-göylər" Azər Bağırova tapşırılıb. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.