Juninyo "Sevilya"ya mümkün keçidini şərh etdi:    "Mənim əlimdə deyil"

Juninyo "Sevilya"ya mümkün keçidini şərh etdi: "Mənim əlimdə deyil"

 
0

“Qarabağ”ın hücumçusu Juninyo İspaniyanın “Sevilya” klubuna mümkün transferi ilə bağlı yaranmış vəziyyəti ilk dəfə şərh edib.

Sportal.az xəbər verir ki, “Estadio Deportivo”ya danışan braziliyalı forvard məsələ haqda bu cür danışıb:

“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm. Çünki mənim “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, “Qarabağ” “Sevilya”nın 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər "Qarabağ"a məxsusdur.

PaylaşPaylaş

Şərhlər yüklənir...