İtaliya millisinin baş məşqçisi: "Məqsədimizə çatacağımıza əminəm"

İtaliya millisinin baş məşqçisi: "Məqsədimizə çatacağımıza əminəm"

 
0

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələsində Moldova üzərində səfərdə 2:0 hesablı qələbə qazandıqları oyunu şərh edib.

Sportal.az xəbər verir ki, Moldova üzərində qələbədən sonra hazırda 18 xalla 2-ci pillədə yer alan İtaliya millisinin çalışdırıcısı məqsədlərinə çatacaqlarına əmin olduqlarını söyləyib:

"Futbolçularımın oyunundan məmnunam. Tamamilə yeni bir komanda meydana çıxardıq və bilirdik ki, çətinliklər ola bilər. İtaliya dünya çempionatının seçmə mərhələsində ilk dəfə altı oyun qazanıb. Əminəm ki, məqsədimizə çatacağıq”.

PaylaşPaylaş

Şərhlər yüklənir...