
İspaniya millisinin sabiq üzvləri karyeralarını başa vurdular
0
"İnter Mayami"nin futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeraları haqda qərar qəbul edib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, hər iki futbolçu aktiv futbolçu karyerasını başa vurub.
İspanlar "İnter Mayami"nin heyətində son oyunlarını MLS-də pley-offunun final görüşündə "Vankuver"ə(3:1) qarşı keçiriblər.
Buskets 2008-2023-cü illərdə “Barselona”da oynayıb və 2023-cü ildən “İnter Mayami”də çıxış edirdi. Alba “Valensiya”, “Ximnastik”, “Barselona”nın formasını geyindikdən sonra 2023-cü ildə ABŞ klubu ilə anlaşmışdı.



