
İspaniya Kral Kubokunda yarımfinalın püşkü atıldı
0
İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, finala vəsiqə uğrunda "Barselona" "Atletiko" ilə üz-üzə gələck. Digər cütlük isə "Atletik"lə "Real Sosyedad" arasında baş tutacaq.
Yrımfinal mrəhələsi ilk oyundan ibarətdir. İlk matçlar növbəti həftə keçiriləcək. Cavab görüşləri isə mart ayının əvvəlində təşkil olunacaq.



