İspaniya klubunda baş məşqçi istefası

İspaniya klubunda baş məşqçi istefası

 
0

"Sevilya" baş məşqçisi Qarsiya Pimienta ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əndəlusiya təmsilçisi ölkə çempionatının 31-ci turunda "Valensiya"ya (0:1) uduzduqdan sonra Pimientanı istefaya göndərmək qərarını qəbul edib.

O, mövsümün əvvəlindən "Sevilya"nı çalışdırırdı. 50 yaşlı məşqçi müqaviləsi mövsümün sonuna qədər idi.

Bu klub 36 xalla 13-cü pillədədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...