
"İnter"də şok itki: 1 ay oynamayacaq
0
İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin qapıçısı Yann Zommer sıradan çıxıb. Bu barədə klubun mətbuat ixdməti məlumat yayıb.
İsveçrəli qolkiperin sağ əlinin baş barmağı sınıb. 36 yaşlı "əlcək sahibi" təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Yann Zommer bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 35 rəsmi matçda qapısında 28 qol görüb. Təcrübəli qapıçı 19 oyunda "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.



