
İngiltərəli müdafiəçi "Nyukasl"ı tərk edəcək
0
Kiran Trippyer mövsümün sonunda "Nyukasl"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisi ilə yayda başa çatan müqavilənin müddətini uzatmayacaq. 35 yaşlı sağ cinah müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, "Nyukasl" Kiran Trippyeri 2022-ci ilin yanvarında "Atletiko"dan 14 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı meydana çıdığı 34 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.



