Mahir Emreli oynadı, komandası qələbə qazandı

Mahir Emreli oynadı, komandası qələbə qazandı

 
0

Almaniya II Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda Düsseldorf "Fortuna"sını qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu matçın iştirakçısı olub. 28 yaşlı forvard görüşün 83-cü dəqiqəsində Merqim Berişanın əvəzinə meydana daxil olub.

Xallarını 43-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...