
İki güləşçimiz Serbiyada Avropa çempionu adı uğrunda yarışacaq
0
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) gücünü sınayacaq. Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl medal görüşünə çıxacaq, Musa Ağayev (65 kq) və Zəfər Əliyev (97 kq) bürünc mükafat uğrunda yarışacaq, Ramik Heybətov (70 kq) isə təsəlliverici raundda mübarizə aparacaq.
Qitə birinciliyi martın 15-də yekunlaşacaq.



