
"Göygöl"dən "Şəki Siti"yə 5 qol
0
Futbol üzrə Azərbaycan II Liqasında XVII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Göygöl" doğma meydanda "Şəki Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 10:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 14-ə yüksəldən "Göygöl" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 26 xalı olan "Şəki Siti" isə 5-ci yerdədir.
"Göygöl" - "Şəki Siti" 10:1
Qollar: C.Abbasov, 9, Ü.Cəlilov, 31, Z.Məmmədov, 56, 72, S.Kərimov, 62, 64, 65, K.Həsən-pur, 80, A.Quliyev, 84, 89 - T.Zeynalov, 39



