"Hiss edirəm ki, biz məğlub edilməsi çətin komanda olacağıq"

"Hiss edirəm ki, biz məğlub edilməsi çətin komanda olacağıq"

 
0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, komanda tezliklə öz maksimum səviyyəsini göstərəcək.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandası haqda maraqlı fikirlər səsləndirib:

“Biz hələ zirvədə deyilik, amma ona yaxınıq. Komandaya, soyunub-geyinmə otağına, məşqlərə, necə işlədiyimizə və müəyyən şeyləri necə etmək istədiyimizə baxanda hiss edirəm ki, biz rəqiblər üçün məğlub edilməsi çətin komanda olacağıq. Mən də məhz bunu istəyirəm.

Birincilik uğrunda mübarizə aparmaq üçün kifayət qədər yaxın olacağıqmı? Bilmirəm. Amma mən lap əvvəldən, ABŞ-da keçirilən klublararası dünya çempionatından etibarən bu mövsüm barədə çox nikbin idim".

PaylaşPaylaş

Şərhlər yüklənir...