Harri Keyn İngiltərə millisinə qələbə qazandırdı

Harri Keyn İngiltərə millisinə qələbə qazandırdı

 
0

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, K qrupunda İngiltərə millisi səfərdə Andorranın qonağı  olub. Qarşılaşma Tomas Tuxelin yetirmələrinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 9-a yüksəldən İngiltərə millisi qrupun lideridir. Bütün matçlarda uduzan Andorra isə sonuncu yerdədir.

Andorra - İngiltərə 0:1

Qol: Harrri Keyn, 50

PaylaşPaylaş

Şərhlər yüklənir...