Haaland "Mançester Siti" ilə bağlı qərarını verdi

Haaland "Mançester Siti" ilə bağlı qərarını verdi

 
0

"Mançester Siti" Erlinq Haalandla müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, norveçli 2034-cü ilə qədər Mançester klubunun formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardın müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi. Yeni müqaviləyə əsasən Haaland daha yüksək maaş alacaq.

Xatırladaq ki, Erlinq bu mövsüm bütün turnirlərdə 28 matça çıxıb, 21 qol vurub və 1 asist edib.

O, "Brüne", "Molde", "Zaltsburq", "Borussiya"(Dortmund) klublarında oynamışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...