
Fransa millisinin yeni baş məşqçisi bəlli oldu – DÇ-dən sonra komandaya rəhbərlik edəcək
0
Fransa millisinin yeni baş məşqçisinin kim olacağı dəqiqləşib.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, “Les Bleus” Zinəddin Zidanla anlaşıb.
53 yaşlı mütəxəssis DÇ-2026-dan sonra milli komandaya rəhbərlik edəcək.
O, “Real”(Madrid) və “Fənərbaxça”dan gələn təklifləri geri çevirib ki, Fransa Futbol Federasiyası ilə anlaşa bilsin.
Didye Deşam özü postundan istefa verərək, Səudiyyə Ərəbistanınana yollanacaq və “Əl-İttihad”la müqavilə imzalayacaq.
Zidan 2021-ci ildə “Real”dan ayrılmışdı. Onun rəhbərliyi altında "Kral Klubu" UEFA Çempionlar Liqası, iki La Liqa titulu, eləcə də Klublararası Dünya Kuboku, İspaniya Super Kuboku və UEFA Super Kubokunu qazanmışdı.



