Fransa millisi Bakıda məşqə çıxacaq

Fransa millisi Bakıda məşqə çıxacaq

 
0

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, öncə Fransa millisinin baş məşqçisi Didye Deşam media nümayəndələrinin qarşısına çıxacaq:

15 noyabr

Fransa milli komandası

17:00. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

19:30. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...