"Fransa ilə görüşdə vurduğumuz qol həmişə yaddaşımda qalacaq"

"Fransa ilə görüşdə vurduğumuz qol həmişə yaddaşımda qalacaq"

 
0

Azərbaycan milli komandasının üzvü Rəhman Daşdəmirov Sportal.az saytına açıqlama verib.

Yığma komandamızın müdafiəçisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya(1:3) qarşı keçirilmiş görüşü şərh edib:

"Fransa millisi çox güclü id. Bu da hamıya bəlumdur. Meydanda olanda da bunu hiss etdik. Amma biz komanda kimi yaxşı mübarizə apardıq. Əsas odur inamlı oynadıq. Sona qədər mübarizə apardıq. Vurduğumuz qola gəlincə, düzünü deyim, gözləmirdim ki, bu görüşdə asist edərəm. Çox yaxşı oldu. Amma bu qol həmişə yaddaşımda qalacaq. İlk dəqiqələrdə qol vurduq.

Şahruddin Məhəmmədəliyevin səhvi nə dərəcədə təsir etdi? Mən buna səhv deməzdim. Belə matçlarda səhv qaçılmazdır. Mən də edə bilərəm, başqası da edə bilər. Böyük oyunlarda səhv qaçılmazdır. Amma buna səhv yox, epizod deyərdim".

PaylaşPaylaş

Şərhlər yüklənir...