
Fransa çempionundan inamlı qalibiyyət
0
Fransa Liqa 1-də 15-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, ölkə çempionu PSJ evdə "Renn"lə qarşılaşıb.
Parislilər bu görüşdə rəqibinə böyük hesabla qalib gəlib.
PSJ 15 turdan sonra 33 xalla 2-ci pillədədir. "Lans" 34 xalla liderdir.
PSJ - "Renn" 5:0
Qollar: Kvaratsxeliya 28, 67, Mayulu 39, Mbaye 88, Qonçalo Ramos 90+1



