FIFA yeni qaydaları təsdiqlədi -    dünya çempionatında tətbiq olunacaq

FIFA yeni qaydaları təsdiqlədi - dünya çempionatında tətbiq olunacaq

 
0

FIFA DÇ-2026 ərəfəsində qüvvəyə minəcək bir sıra qayda dəyişikliklərini rəsmi şəkildə açıqlayıb.

Sportal.az xəbər verir ki, yeni qaydalar yayda keçiriləcək mundialda tətbiq olunacaq.

Əvəzetmələr - əvəzlənən futbolçuya meydanı tərk etmək üçün maksimum 10 saniyə vaxt veriləcək. Gecikmə halında oyuna daxil olan futbolçu bir dəqiqə gözləməli olacaq və bu müddətdə komanda azlıqda qalacaq.

Autlar və qapıdan zərbələr üçün taymer - bu epizodların icrasına 5 saniyə vaxt ayrılacaq. Vaxtın aşılması topun itirilməsi ilə nəticələnəcək.

Tibbi yardım - meydanda tibbi yardım alan futbolçu bir dəqiqə gözləmək şərti ilə meydanı tərk etməlidir. Yalnız sarı vərəqə ilə cəzalandırılan qayda pozuntusundan sonra alınan zədələr istisna təşkil edir.

VAR yoxlamalarının genişləndirilməsi - VAR sistemi artıq ikinci sarı vərəqədən yaranan qırmızı vərəqə epizodlarını, həmçinin səhv təyin olunmuş künc zərbələrini də nəzərdən keçirə biləcək.

Kapitan və hakimlər - yalnız komandanın kapitanına hakimə yaxınlaşıb izahat istəməyə icazə veriləcək. Digər futbolçuların hakimi əhatəyə alması sarı vərəqə ilə cəzalandırıla bilər.

Bu yeniliklər oyunun tempini artırmaq, qərarların dəqiqliyini yüksəltmək və meydandakı intizamı daha da tənzimləmək məqsədi daşıyır.

PaylaşPaylaş

Şərhlər yüklənir...