
FIFA-dan milli komandaların oyunları ilə bağlı qərar
0
FIFA milli komandaların oyunları ilə bağlı təqvimdə dəyişiklik edib.
Sportal.az xəbər verir ki, ali futbol qurumu 2026-2030-cu illər arasında yığmaların oyunlarının təqvimini təsdiqləyib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Sentyabr və oktyabr aylarında olacaq matçlar birləşdiriləcək. Belə ki, ölkə çempionatlarında 3 həftəlik fasilə yaranacaq və milli komandaların oyunları baş tutacaq.
Qeyd edək ki, hazırda sentyabr və oktyabr ayında millilər seçmə mərhələ oyunları keçirir.