
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü
0
"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb.
Sportal.az xəbər verir ki, hadisə İstanbulda baş verib. Bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
Klub rəhbəri evindən stadiona gedərkən qəzaya düşüb. Saran heç bir xəsarət almayıb. Onun sürücüsünün isə yüngül xəsarrətlər aldığı bildirilir.
Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrında "Fənərbaxça"nın prezitenti vəzifəsinə seçilib.



