
"Fənərbaxça" niderlandlı futbolçunu heyətinə qatdı - RƏSMİ
0
"Fənərbaxça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbaxça"ya 5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm "Samsunspor"la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.



