Emin Mahmudov "Qarabağ"a qarşı oynayacaq?

Emin Mahmudov "Qarabağ"a qarşı oynayacaq?

 
0

Azərbaycan milli komandasının düşərgəsində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov böyük ehtimalla Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunda komandanın heyətində yer alacaq.

Sportal.az xəbər verir ki, daha öncə 14-cü turun “Zirə” ilə oyununu (2:1) buraxan Mahmudov dünən fərdi məşqlərə başlayıb.

Mahmudov təxminən üç günə tam olaraq kollektivlə məşqlərə qayıdacaq və onun turun qarşıdakı mərkəzi oyununda iştirak etmək ehtimalı artacaq.

“Neftçi” – “Qarabağ” oyunu dekabrın 1-də “Neftçi Arena” stadionunda keçiriləcək və görüşə saat 19:00-da start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...