
"Əgər məni çağırsalar, gələcəyəm" - Benzema DÇ-2026-da oynamaq istəyir
0
“Əl-İttihad”ın hücumçusu Karim Benzema bildirib ki, o, 2026 dünya çempionatında Fransa millisində oynamağa hazırdır.
Sportal.az xəbər verir ki, təcrübəli 37 yaşlı futbolçu bunları qeyd edib:
“Dünya çempionatında kim oynamaq istəməz? Hamı bu turnirdə çıxış etmək istəyir. Mən futbolu və rəqabəti sevirəm, buna görə də əgər siz mənə desəniz ki, Fransa millisinin dünya çempionatına gedir, amma mən imtina edirəm, bu, yalan olar. Mənim ambisiyalarım var. Hazırda klubumun yanındayam. Əgər məni milliyə çağıracaqlarsa, gələcəyəm və oynayacağam. Məndən tələb olunan budur."



