
Dünya çempionatının rəsmi topu təqdim edildi
0
FIFA 2026-cı il dünya çempionatında istifadə olunacaq rəsmi topu təqdim edib.
Sportal.az xəbər verir ki, “Trionda” adlanan top ispan dilində “üç dalğa” deməkdir. Ağ fonda hazırlanan top üzərində qırmızı, mavi və yaşıl naxışlarla yanaşı, ev sahibi ölkələri simvolizə edən işarələr də yer alıb: Kanadanın ağcaqayın yarpağı, Meksikanın qartalı və ABŞ-ın ulduzu.
Mundial tarixdə ilk dəfə üç ölkədə – Kanada, Meksika və ABŞ-da keçiriləcək.
Turnir 15 iyun–13 iyul 2026-cı il tarixlərində baş tutacaq.