
Dünya çempionatı öncəsi Almaniyada gözlənilməz dəyişiklik ola bilər
0
Dünya çempionatı öncəsi Almaniya milli komandasında baş məşqçi dəyişikliyi ola bilər.
Sportal.az xəbər verir ki, Yulian Naqelsmannla yolların ayrılması variantı nəzərdən keçirilir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Hazırda "Red Bull" Qlobal Futbol Rəhbərli vəzifəsində çalışan Yürgen Klopp yığmanın baş məşqçisi vəzifəsinə təyin oluna bilər. Federasiyada bununla bağlı müzakirələr aparılır.
Qeyd edək ki, Yulilan Naqelsmann 2023-cü ilin sentyabrında Almaniya millisinin baş məşqçisi postuna təyin olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.



