
"Dinamonun qapıçısı: "Qarabağ"ın nəticəsi tamamilə gözlənilən idi"
0
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Rusiyanın “Dinamo”(Moskva) klubunun qapıçısı Andrey Lunyov Çempionlar Liqasının əsas mərhələsinin ilk iki turunda "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlub etdikləri oyunlardan danışıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli qolkiper Azərbaycan çempionu barədə bunları deyib:
“Qarabağ”ın nəticəsi tamamilə gözlənilən idi. Afərin. Onlar öz fəlsəfələrindən əl çəkmirlər və bu, öz bəhrəsini verir”. Xatırladaq ki, Lunyov ötən mövsüm “Qarabağ”ın qapısını qoruyurdu.