
Daha yeddi liqada oyunlar təxirə salındı
0
AFFA-nın bayrağı altında təşkil edilən daha yeddi liqada oyunlar təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, AFFA daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının matçlarının təxirə salındığını açıqlamışdı.



