
Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı
0
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, "Arsenal"da çıxış edən Noni Madueke həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda Jül Kunde ("Barselona"), Şarl De Ketelaere ("Atalanta") və Oskar Qluxu ("Ayaks") qabaqlayıb.
Qeyd edək ki, Noni Madueke "Arsenal"ın səfərdə "Brügge"ni məğlub etdiyi oyunda 2 qol vurub.



