Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

 
0

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Seru Girassi ("Borussiya"), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanqı ("Marsel") qabaqlayıb.

Qeyd edək  ki, Kilian Mbappe "Real"ın "Olimpiakos"u 4:3 hesabı ilə məğlub etdiyi matçda komandasının bütün qollarının müəllifi olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...