
"Çelsi" "Qarabağ"la matçdan öncə qələbə qazandı
0
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Çelsi” Premyer Liqanın X turu çərçivəsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, səfərdə "Tottenhem"in qonağı olan "Çelsi" 1:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Çelsi” növbəti oyununu noyabrın 5-də “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.
İngiltərə Premyer Liqası
X tur
"Tottenhem" - "Çelsi" 0:1
Qol: J.Pedro, 34



