
"Çelsi" "Mançester Yunayted"ə qalib gəldi
0
İngilttərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Çelsi" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 66-ya yüksəldən "Çelsi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 39 xalı olan "Mançester Yunayted" isə 16-cı yerdədir.
"Çelsi" - "Mançester Yunayted" 1:0
Qol: Kukurelya, 71



