
"Çelsi" Bakıda məşqə çıxmayacaq, Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
0
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının 4-cü turunun Bakıda "Çelsi" ilə oyunundan əvvəl mətbuat konfransının başlama vaxtı açıqlanıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanov sabah saat 17:00-da Tofiq Bəhramov stadionunda mətbuat önünə çıxacaq. Komandanın son məşqi də bir saat sonra isə həmin stadionda başlayacaq (ilk 15 dəqiqə media üçün açıq olacaq).
"Qarabağ"ın baş məşqçisi Enzo Mareska mətbuat konfransını və oyunöncəsi məşqini İngiltərədə keçirəcək. "Qarabağ" - "Çelsi" matçı 5 noyabrda keçiriləcək və görüşə saat 21:45-də başlayacaq.



