Burak Yılmaz İstanbul klubunun baş məşqçisi təyin olundu

Burak Yılmaz İstanbul klubunun baş məşqçisi təyin olundu

 
0

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Kasımpaşa" Hakan Keleşlə yollarını ayırıb. Burak Yılmazın son iş yeri isə "Kayserispor" olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...