Braziliya millisinin baş məşqçisi postuna daha bir namizəd

Braziliya millisinin baş məşqçisi postuna daha bir namizəd

 
0

Roberto Mançini Braziliya millisini çalışdıra bilər.

Sportal.az “goal”a istinadən xəbər verir ki, o, hazırda bu millinin baş məşqçi postuna namizədlərdən biridir. Braziliya Futbol Federasiyası hazırda bu məsələ ilə bağlı götür-qoy edir.

Əslində, yerli federasiya üçün prioritet variantlar Karlo Ançelotti və Xorxe Jesusdur. Amma Ançelotti “Real”da, Jesus isə “Əl-Hilal”da işlədiyinə görə, federasiya rəsmiləri onlardan birini milliyə gətirməyin çətin olacağını düşünür.

Mançini isə Səudiyyə Ərəbistanı millisindən ayrıldıqdan sonra, 2024-cü ilin oktyabrından işsizdir.

Xatırladaq ki, Mançini İtaliya millisini çalışdırarkən AVRO-2020-nin qalibi olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...