
Bölgə klubu azarkeşlərinə görə 1200 manat cərimə edildi
0
AFFA İntizam Komitəsi 2-ci Liqa təmsilçisi "Şəmkir"i 1200 manat cərimələyib.
Sportal.az xəbər verir ki, buna qərb klubu azarkeşlərinin davranışları səbəb olublar.
Bölgə təmsilçisi VI turda "Qaradağ Lökbatan"la oyunda yaşananlara görə cərimələnib. Fanatlar6-cı turun "Qaradağ Lökbatan"la matçı başa çatdıqdan sonra meydana daxil olublar.
Bu hal mövsümdə ikinci dəfə yaşandığı üçün "Şəmkir" 500 manat ödəyəcək. Azarkeşlər meydana kənar əşyalar atdıqları üçün klub 200, hakimləri təhqir etdikləri üçünsə 500 manat ziyana düşüb.



