
"Beşiktaş"dan ayrılan müdafiəçi ölkəsinə qayıtdı - RƏSMİ
0
"Benfika"nın müdafiəçisi David Yuraşek karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Slaviya" çexiyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Praqa təmsilçisi Yuraşek üçün Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyib. 25 yaşlı sol cinah müdafiəçisi "Slaviya" ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, David Yuraşek mövsümün ilk yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Çexiya millisinin üzvü İstanbul nəhənginin heyətində 17 rəsmi matçda meydana çıxıb.



