"Beşiktaş" Medinanı transfer etmək istəyir

"Beşiktaş" Medinanı transfer etmək istəyir

 
0

"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, istanbul nəhənginin əsas hədəfi icarə əsasında "Marsel"də çıxış edən Fakundo Medinadır. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Qara qartallar" argentinalı mərkəz müdafiəçisini transfer etmək üçün yaxın günlərdə onun müqavilə ilə məxsus olduğu "Lans"la danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Fakundo Medina mövsümün əvvəlindən "Marsel"də çıxış edir.  Argentina millisinin üzvü olan 26 yaşlı futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda məhsuldar hərəkətlə yadda qalmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...