
"Belə olmamalıdır, çox məyusuq" - "Ayntraxt"ın forvardı "Qarabağ"la matç haqda
0
“Ayntraxt”ın (Frankfurt) hücumçusu Ansqar Knauff Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda “Qarabağ”a (2:3) məğlub olduqları oyunu şərh edib.
Sportal.az xəbər verir ki, “DAZN”a danışan forvard uğursuz nəticəyə görə üzüldüyünü dilə gətirib:
“Belə olmamalıdır. Çox məyusuq. Biz yenə də son dəqiqələrdə iki qol buraxırıq. Təsəvvür edin, biz hər oyunda üç qol buraxırıq. Belə vəziyyətdə qalib gəlmək çox çətindir. Bu, həqiqətən də məyusedicidir".



