
"Barselona"dan "İnter"ə 45 milyon avro təklif - İtaliya təmsilçisi ən azı 60 milyon istəyir
0
"Barselona" Alessandro Bastoni transferi üçün addım atıb.
Sportal.az xəbər verir ki, katalon klubu ilkin olaraq 45 milyon avro təklif edib. Lakin "İnter" bu məbləği kifayət hesab etmir və ən azı 60 milyon avro tələb edir. Danışıqların davam edəcəyi bildirilir.
Qeyd olunur ki, müdafiəçi ilə maraqlanan "Çelsi" ilə mümkün transferi həm “İnter”, həm də futbolçunun özü müzakirə etməkdən imtina edib.
Əgər Bastoni “Barselona”ya keçərsə, onun illik maaşı 7 milyon avro olacaq, bu da hazırda “İnter”də qazandığından 2 milyon avro çoxdur.



