"Barselona" sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır

"Barselona" sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır

 
0

"Porto"nun futbolçusu Niko Qonsalesin "Barselona"ya qayıdacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna görə 9 milyon avro ödəyəcək.

İspaniyalının qışda "Barsa"ya qayıtmaq ehtimalı yüksəkdir.

22 yaşlı yarımmüdafiəçinin "Porto" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Barselona"nın yetirməsidir və 2023-cü il iyulun 29-da "Porto"ya keçib.

O, bu mövsüm Portuqaliya klubunun heyətində 24 oyunda 5 qol vurub və 5 asist edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...