
"Barselona" "Benfika"nın vingerini transfer edə bilər
"Barselona" “Benfika”nın vingeri Andreas Skellyerup ilə maraqlanır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, katalon klubunun idman direktoru Deko norveçli futbolçunu növbəti mövsüm üçün sol cinahı gücləndirmək variantlarından biri kimi nəzərdən keçirir.
“Barselona” üçün əsas prioritet hələ də Markus Reşfordu icarədən sonra komandada saxlamaqdır. Lakin klub 30 milyon avroluq satınalma məbləğini yüksək hesab edir, "Mançester Yunayted" isə qiyməti aşağı salmaq niyyətində deyil. Bu səbəbdən Skellyerup gələcək üçün investisiya kimi də qiymətləndirilir.
Qeyd olunur ki, "Benfika" 21 yaşlı vingeri təxminən 20 milyon avroya dəyərləndirir, onun müqaviləsindəki sərbəstqalma məbləği isə 100 milyon avrodur. Son qərar klubun planlaşdırması və maliyyə feyr-pley şərtləri nəzərə alınaraq veriləcək.



